Pollinoz müalicə olunmazsa bronxial astmaya səbəb ola bilər - Terapevt
19.03.2022 09:25

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Həkim məsləhəti” rubrikasında “Pollinoz və ya mövsümi allergiya” mövzusunda ətraflı məlumat verib:


Yazın gəlişi nə qədər sevinc gətirsə də, bəzi xroniki və mövsümi xarakter daşıyan xəstəliklərin də alovlanmasına səbəb olur. Bu xəstəliklərdən ən çox rast gəlinəni pollinoz və yaxud mövsümi allergiyadır. Bu, adından bəlli olduğu kimi, allergik xəstəlik olub, bitkilərin çiçəklənmə və tozlanması ilə başlanan və həssas adamlarda rinit (burun axması), konyunktivit (gözlərdə qaşınma və sulanma), quru öskürək, boğazda qıcıqlanma, təngnəfəslik və övrənin (dəridə səpkilər) əmələ gəlməsinə səbəb olan bir haldır.

Bitkilərdən ayrılan tozcuqlar küləklə xüsusən isti yay günlərində hava ilə daşınaraq asanlıqla insanların tənəffüs orqanları, dərinin açıq qalan səthi və gözlərlə təmasda olub, allergik reaksiyalar yaradır. Lakin qeyd etmək lazımdır ki, əgər orqanizmin digər allergenlərə də məsələn, yun, pambıq, quş lələyi, siqaret tüstüsü və s. reaksiyasi varsa pollinoz ilboyu da müşahidə oluna bilir.


Pollinoz ən çox gənc qadınlarda müşahidə  olunur. İrsi faktor da bu xəstəliyin yaranmasında vacib rol oynayır. Hər hansı bir xəstəliyin, həmçinin, pollinozun müalicəsindən öncə onun profilaktikası aparılmalıdır. Təbii ki, havada uçuşan tozcuqlardan tamamilə qorunmaq mümkün deyil, lakin örtülü geyim, tozlanmanın ən aktiv dövründə, yəni səhər saatlarında və küləkli havada küçəyə çıxmamaqla, qoruyucu maska və eynəkdən istifadə etməklə, havadan evə gələn kimi küçə geyimini dəyişib yumaq, saçları yaxalamaqla, pəncərələrə xüsusi toz filtrləri taxmaqla təması minimuma endirmək mümkündür.

 

Pollinozun dərman müalicəsi zamanı antihistaminlərdən, leykotrien preparatlarından, xüsusi burun spreylərindən, göz damcılarından istifadə olunur. Ağır və residivləşən hallarda ixtisaslaşmış klinikalarda immunoterapiya aparılır. Pollinoz effektiv müalicə olunmazsa bronxial astma kimi daha ciddi xəstəliyin başlanmasına səbəb ola bilir. Odur ki, mövsümi allergiya halları zamanı həkimə müraciət etmək məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub