Fevralda ölkədə göstərilən tibbi xidmətlərin 37 faizi Bakı şəhərində qeydə alınıb  
18.03.2022 16:06

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən cari ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 288 min 444 vətəndaşa 1 milyon 58 min 355 tibbi xidmət göstərilib. Ay ərzində tibb müəssisələrinə 514 min 896 müraciət daxil olub. Bu isə ölkə üzrə qeydə alınan bütün tibbi xidmət sayının 37, müraciət sayının isə 38 faizini əhatə edir. Fevral ayında paytaxtda müraciətlər üzrə tibbi xidmətlərin 78 faizi ambulator, 22 faizi isə stasionar şəraitdə göstərilib.

 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.


Bildirilib ki, tibb müəssisələrinə edilən müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, tənəffüs sistemi, həzm sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozulması, sümük və əzələ sisteminin və birləşdirici toxumanın, sidik-cinsiyyət sistemi, sinir sistemi, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.

 

Fevral ayı üzrə Bakı şəhərində əhaliyə göstərilən tibbi xidmətlərə dair digər göstəricilər:

 

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.

 

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Respublika Perinatal Mərkəzi.

 

Qeyd olunmalıdır ki, bir sıra tibb müəssisələri həm ambulator, həm stasionar tibbi xidmət göstərmiş müəssisələrin ilk onluğunda yer alıblar. Bunlar Nərimanov Tibb Mərkəzi, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır.

 

Diqqətə çatdıraq ki, yanvar-fevral ayları ərzində Bakı şəhəri üzrə 458 min 754 şəxsə 923 min 220 müraciət üzrə 1 milyon 962 min 775 tibbi xidmət göstərilib. Bu isə iki ay ərzində ölkə üzrə qeydə alınan bütün müraciət sayının 37, tibbi xidmət sayının isə 36 faizini əhatə edir.

 

2021-ci il yanvarın 1-nə olan rəsmi məlumata əsasən Bakı şəhəri üzrə qeydiyyatda olan əhalinin sayı 2 milyon 391 min 300 nəfər, ölkədə icbari tibbi sığortanın tətbiq olunduğu bütün bölgələr üzrə isə 9 milyon 657 min 600 nəfərdir.

 

Ölkə üzrə cari ilin yanvar-fevral ayları ərzində 1 milyon 244 min 351 vətəndaşa 5 milyon 465 min 999 tibbi xidmət göstərilib. Beləliklə, bu dövrdə əhalinin 13 faizi icbari tibbi sığortadan yararlanıb. 2 milyon 507 min 890 müraciət üzrə tibbi xidmətlərin 82 faizi ambulator, 18 faizi isə stasionar şəraitdə göstərilib. Həmin xidmətlərdən istifadə edənlərin 27 faizini uşaqlar, 73 faizini isə böyüklər təşkil edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib