Bu məcun bütün növ qəbizliyə çarədir - FİZULİ HÜSEYNOV
17.03.2022 15:10
Qəbizlik az hərəkət edənlərdə, az su içənlərdə, bağırsaq uzanmalarında, daima quru yeməklərlə qidalananlarda daha çox olur.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov qəbizliyin aradan qaldırılması üçün faydalı olan resept paylaşıb:
Əncir qurusu – 500 qram
Gavalı qurusu – 500 qram
Qoz ləpəsi – 300 qram
Bal – 1 stəkan
Rafinə olunmamış zeytun yağı – yarım stəkan
Həkim-fitoterapevt bildirib ki, əvvəlcə əncir, gavalı və qoz quruları ət maşınından keçirilir, sonra isə bal və zeytun yağı əlavə olunub yaxşı-yaxşı qarışdırılır.
Məcundan gündə 3 xörək qaşığından 1 xörək qaşığına qədər istifadə edə bilərsiniz. Əgər uzun müddət qəbizlikdən əziyyət çəkirsinizsə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, əgər arada qəbizlikdən əziyyət çəkirsinizsə gündə 1-2 xörək qaşığı yeməkdən 1 saat əvvəl yeyə bilərsiniz.
Fizuli Hüseynov bu reseptlə bərabər gündə ən azı 1 litr su içməyin və gündə 1 saat piyada tez-tez gəzməyin müalicənin effektini artırdığını qeyd edib.
"Bu məcun nəinki qəbizlikdə, həm də arıqlamaq istəyənlər üçün faydalı bir qidadır. Məcunu yeməkdən əvvəl yediyiniz zaman iştah hissi azalır, bağırsaqların şlaklardan azad olması isə piylərin daha sürətlə əriməsinə səbəb olur. Məcunun tərkibində zəngin kalium olduğundan ürək zəifliyində və bağırsaqların tənbəlliyində də faydalıdır. Həmçinin məcun astma-bronxit xəstələri üçün də əlverişlidir. Astma bronxit xəstələri bu məcunu hazırlamaq istəyərsə məcunun tərkibindən qozu çıxarmalı, rafinə olunmamış zeytun yağını isə 1 stəkan həddinə qədər qaldırmalıdırlar", - deyə həkim bildirib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

