İki işdə çalışanlardan icbari tibbi sığorta haqqının tutulması necə aparılır? - Mütəxəssis açıqladı
16.03.2022 17:48

“İki və daha artıq yerdə çalışan şəxslərin icbari tibbi sığorta haqqı hər iş yeri üzrə tutulur”.

 

Aztibb.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva “İcbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda canlı yayımda deyib.

 

Onun sözlərinə görə, vətəndaşın fərqli yerlərdə rəsmi gəliri varsa, gəlirləri olan mənbələrdən sığorta haqqı tutulur:

 

“Belə vətəndaşlar da tibbi xidmətlərdən digər vətəndaşlar kimi istifadə edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sığorta haqqı ölkə üzrə minimum əməkhaqqının 4 faizi həcmində müəyyənləşdirilib”.

 

P. Baxşəliyeva vətəndaşlardan icbari tibbi sığorta çərçivəsində olan xidmətlərdən istifadə zamanı özəl klinikalar tərəfindən pul tələb edilməsi iddialarına da münasibət bildirib.

 

O, bildirib ki, vətəndaşlar tibbi xidmət zərfində olan xidmətlərin qiymətləri ilə tanış ola bilər:

 

“Vətəndaşların öz hüququnu bilməsi çox yaxşı məqamdır. Xidmətlər zərfində biz məbləğ bölməsini şəffaflıq üçün açıq qoymuşuq. Özəl klinkalarda pul tələb edilən zaman burada göstərilən məbləğə baxmaq lazımdır”, - o deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır