Azərbaycan alimlərinin insan ağciyər xərçənginin diaqnostikası üzrə işi Çin alimləri tərəfindən təsdiqlənib
16.03.2022 16:19

Azərbaycan Resbulikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və AMEA-nın Biofizika İnstitutunun birgə tədqiqatları nəticəsində insan ağciyər xərçənginin klassifikasiyası üzrə süni intellekt yaradılmış və nəticələr “Artificial intelligence to classify human lung carcinoma using blood plasma FTIR spectra” başlıqlı məqalədə öz əksini tapıb.

 

Məqalə 2021-ci ildə çapdan çıxsa da, mühüm nəticələr Biofizika İnstitutunun 2019-cu ildəki hesabatında göstərilib. Tədqiqat işində 47 sağlam və 50 ağciyər karsinoması xəstələrinin qan nümunələri tədqiq olunub. Sağlam və ağciyər karsinoması xəstələrinin qan plazmalarının furye çevirici infraqırmızı spektrləri multivariat statistika metodu ilə klassifikasiya edilib, sağlam-xərçəng modeli yaradılıb və bu model əsasında yaradılan süni intellekt vasitəsilə anonim qan nümunələrinin testləri aparılıb diaqnostik proqnozlar verilib. Yaradılan model sağlam nümunələri 80% dəqiqliklə, xərçəng nümunələrini isə 90% dəqiqliklə müəyyən etməyə imkan verir.

 

Yuxarıda göstərilən məqalə çapdan çıxdıqdan sonra Çin alimlərinin “Diagnosis of Lung Cancer by ATR-FTIR Spectroscopy and Chemometrics” başlıqlı məqaləsi 30 sentyabr 2021-ci ildə “Frontiers in Oncology” jurnalında çap edilib. Çin alimləri eyni ilə Milli Onkologiya Mərkəzinin və Biofizika İnstitutunun tətbiq etdiyi metoddan istifadə edərək uyğun nəticələr alıblar və ağciyər xərçənginin diaqnostikasının dəqiqliyi 87.1% göstərilib. Bu tədqiqatlar bir daha göstərir ki, Milli Onkologiya Mərkəzinin və Biofizika İnstitutunun ağciyər xərçənginin diaqnostikası üzrə yaratdığı süni intellekt çox effektiv skrininq metodu ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır