Azərbaycanda uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair TƏDQİQAT aparılacaq
16.03.2022 15:34
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 15-16 mart 2022-ci il tarixdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üsrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı təlim keçirilib.
Aztibb.az xəbər verir ki, təlim Azərbaycanda aparılacaq bu tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq üçün nəzərdə tutulub.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair aparılan COSI tədqiqatının ölkəmizdə ilk dəfə keçirildiyini bildirib: “Mərkəzimiz tərəfindən son dövrlər aparılan sorğular göstərir ki, COVID-19 pandemiyası əhalinin, o cümlədən uşaqların fiziki aktivlik və qidalanma vərdişlərinə təsir edib. COSI tədqiqatı bu təsirlərin səviyyəsini, uşaqlar arasında artıq çəki və piylənmə dərəcəsinin öyrənilməsi ilə yanaşı, bu istiqamətdə zəruri addımların, müvafiq tədbirlərin görülməsinə imkan verəcək”.
ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, qeyri-infeksion xəstəliklər üzrə proqram rəhbəri Elturan İsmayılov, ÜST-nin Avropa üzrə Regional Ofisinin nümayəndəsi Culiyan Vilyams (Julianne Williams), COSI-nin Qazaxıstan üzrə Baş tədqiqatçısı Şınar Abdrəhmanova və COSI-nin Azərbaycan üzrə Baş tədqiqatçısı Nabil Seyidov çıxış edərək, tədqiqatın tarixi, məzmunu, məqsədi barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) 2005-ci ildə yaradılıb və bu sistemin məqsədi məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaları araşdırmaqdır. Bu tədqiqat ilk dəfə 2007-2008-ci ildə 12 ölkənin iştirakı ilə keçirilib və 268 min uşağın çəkisi ölçülüb. Tədqiqatın 2019-cu ildə keçirilən V raundunda isə 400 mindən çox uşağın çəkisi ölçülüb.
Azərbaycan bu sistemə 2020-ci ildə qoşulsa da, tədqiqatın aparılması COVID-19 pandemiyası səbəbindən baş tutmayıb.
Hazırda tədqiqatın 2021-2023-cü illərdə keçirilməsi nəzərdə tutulan VI raundu təşkil olunur və Azərbaycan da daxil olmaqla 40-a yaxın ölkə bu tədqiqatda iştirak edir. Hər iştirakçı öz ölkəsi üzrə 6-9 yaşlı uşaqlar arasında sorğu məlumatlarını toplamalıdır. Tədqiqat ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə həyata keçirilir.
COSI tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə əməkdaşlıq edərək, ÜST-nin dəstəyi ilə bu il ilin aprel-may aylarında keçiriləcək.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

