Hazırda Türkiyədə COVID-19-un diaqnostikası üçün 81 bölgədə 526 PCR laboratoriya mövcuddur -  Florence Nightingale Xəstəxanalar Qrupunun həkimi
16.03.2022 15:26

Florence Nightingale Xəstəxanalar Qrupunun həkim-infeksionisti, uzman həkim Feride Gökçe Demir “SARS-CoV-2 (COVID-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfransda “COVID-19-un diaqnostikasında Türkiyə təcrübəsi” mövzusunda çıxış edib.

 

Aztibb.az xəbər verir ki, F.G.Demir COVID-19-un diaqnostikasında tətbiq olunan PCR testləri barədə danışıb. O, viral antigen hissəciklərini müəyyən edən antigen testləri, eləcə də infeksiya sonrası informativ olan anticisim testləri və virusa qarşı orqanizmdə yaranan immunoqlobulin E və M-i müəyyən etmək imkanına malik testlər haqqında məlumat verib. Bildirib ki, infeksiyadan sonrakı dönəmi müəyyən etməkdə effektiv olan bu testlər xüsusilə epidemioloji məlumatların formalaşdırılmasında faydalıdır.

 

Məruzəçi Türkiyədə COVID-19 virusunun yayılmağa başlaması ilə dövlət tərəfindən yaradılmış PCR laboratoriyaların iş prinsipi haqqında məlumat verib. Bildirib ki, yoluxma sayı artdıqca bu prosesə universitet və digər qurumların laboratoriyaları da cəlb olunmağa başlayıb.

 

“Hazırda Türkiyədə COVID-19-un diaqnostikası üçün 81 bölgədə 526 PCR laboratoriya mövcuddur” - deyə bildirən F.G.Demir Florence Nightingale Xəstəxanalar Qrupunun laboratoriyasının da bu siyahıda yer aldığını diqqətə çatdırıb.

 

O, həmçinin Türkiyədə koronavirusun geniş yayılması ilə bir çox istiqamətləri əhatə edən məlumat kitabçalarının hazırlanaraq əhaliyə paylandığını vurğulayıb.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır