Şahdamar tıxanıqlığına vaxtında müdaxilə MÜTLƏQDİR!  
16.03.2022 13:39
Şahdamar olaraq tanıdığımız karotis arteriya (yuxu arteriyası) darlıqları həyati təhlükə daşıyan ciddi sağlamlıq problemləridir. Əsasən 50 yaş üstü, şəkər xəstəliyi və yüksək təzyiqi olan, siqaret çəkən şəxslərdə rastlanır. Əsas əlamətləri üzdə və qolda keyimə, başgicəllənmə, nitqin, eşitmə qabiliyyətinin və başa düşmənin pozulmasıdır.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin şahdamar tıxanıqlığına vaxtında müdaxilənin mütləq olduğunu bildirib.
 
Belə ki:
 
- Vaxtında müdaxilə olunmadıqda riskli beyin fəsadlarına səbəb ola bilər;
- Darlıq dərəcəsindən asılı olaraq iflic riski yüksəkdir;
- Darlıq olan bölgələrdə asanlıqla qan laxtaları əmələ gələ bilər;
- Damar tıxana bilər;
- Qan laxtası beynin içindəki daha kiçik bir damarı tıxayaraq ölümə səbəb ola bilər.
 
Həkim qeyd edib ki, erkən diaqnoz və müalicə (cərrahi və ya stent) fəsadların qarşısının alınması üçün vacibdir:
 
"Karotis darlıqlarının endarterektomiya əməliyyatı ilə qarşısı almaq olar. Endarterektomi əməliyyatı iflic təhlükəsinə səbəb ola biləcək qədər irəli dərəcədə darlıq varsa, bu prosedur xəstədə keçici yaxud qalıcı iflic, korluq, danışıqda problemlərə səbəb olduğu zaman həyata keçirilir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev