İcbari tibbi sığorta ilə işləyəcək özəl xəstəxanaların sayı artırılıb (SİYAHI)
16.03.2022 13:00

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 43-ə qədər yüksəlib.

 

Aztibb.az-a Agentlikdən verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir.

 

Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

 

Müqaviləli tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az) yerləşdirilib:

 

1. Bakı Sağlamlıq Mərkəzi

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

9. Mərkəzi Neftçilər Xəstəxanası

10. Zəfəran hospital

11. EGE Hospital

12. Sumqayıt Hospital

13. Avrasiya Hospital

14. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

15. Leyla Medical Center

16. Badam Medical Center

17. Lor Hospital

18. Məlhəm Beynəlxalq Hospital

19. “OKİ” Özəl Tibbi Müalicəxanası

20. Oksigen Klinik Xəstəxanası

21. Diaqnoz Tibb Mərkəzi

22. Baku City Hospital

23. Mediland Hospital

24. Medera Hospital

25. Stimul Hospital

26. Medistyle Hospital

27. Batıgöz Medical Plaza

28. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası

29. İstanbul NS klinikası

30. Olimp Hospital

31. Kəpəz Hospital

32.Salam Doktor

33. Bioloji Təbabət Klinikası

34. Real Hospital

35. Turan Hospital

36. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik

37. Dünyagöz

38. National Prime Hospital

39. Regional Hospital

40. Səhhət Azərbaycan-Almaniya Klinikası

41. Spero Hospital (Dobromed)

42. Milan Hospital

43. Referans Qəbələ Tibb Mərkəzi

 

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?