Dərman təhlükəsi: parasetamol və ibuprofeni birlikdə qəbul etmək olarmı?
16.03.2022 16:10

İbuprofen və parasetamol ən çox istifadə edilən, reseptsiz satılan iki ağrıkəsicidir. Lakin onların qəbul edilməsi ilə bağlı bəzən çaşqınlıq yaranır. Həmin dərmanlar reseptsiz istifadə üçün kifayət qədər təhlükəsiz hesab edilsə də, bu, heç də həmişə onların bir-biri ilə kombinasiya edilərək istifadəsi demək deyil. Ağrı və ya yüksək hərarətdən xilas olmaq üçün parasetamol və ibuprofenin birgə qəbulu zamanı diqqətli olmaq lazımdır.

 

Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir ki, reseptsiz satılan ağrıkəsiciləri parasetamol və qeyri-steroid iltihab əleyhinə dərmanlar (NSAİİ) kimi tanınan iki əsas qrupa bölmək olar. Parasetamol və ibuprofen ümumi ağrıları müalicə etmək üçün istifadə edilsə də, terapevtik istifadə baxımından fərqli kateqoriyalara bölünür. Araşdırmalara görə, parasetamol ağrıları müalicə etmək və yüksək hərarəti azaltmaq üçündür, ibuprofen isə ağrıları müalicə etmək və iltihabı azaltmaq üçün istifadə olunur.

 

Hər iki preparat ağrıları azaltmaq üçün ayrı-ayrılıqda təsirli olur, lakin belə bir sual ortaya çıxır: onları birləşdirmək təhlükəsizdirmi? Parasetamol və ibuprofen birlikdə qəbul edilə bilərmi?

 

Epileptik xəstələr, ürək, qaraciyər və böyrək problemləri olan insanlar bu dərmanları qəbul etməzdən əvvəl öz həkimləri ilə məsləhətləşməlidirlər. Əksər insanlar isə hər iki ağrıkəsicini təhlükəsiz şəkildə qəbul edə bilərlər. Onları birgə qəbul etmək məsələsinə gəldikdə isə, təlimatlara əsasən, 16 və ya daha yuxarı yaşda olan şəxslər üçün parasetamol və ibuprofeni birləşdirmək ümumiyyətlə təhlükəsizdir.

 

Mütəxəssislər bildirir ki, parasetamolu tərkibində ibuprofen, aspirin və kodein kimi parasetamol olmayan digər növ ağrıkəsicilərlə birlikdə qəbul etmək təhlükəsizdir. Parasetamolu tərkibində parasetamol olan digər dərmanlarla birlikdə qəbul etmək isə məsləhət görülmür. Onu da nəzərə almaq lazımdır ki, tərkibində parasetamol olan iki müxtəlif dərmanı qəbul edərkən doza həddinin aşılması riski var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub