Həkim-kardioloq Xatirə Səfərovanı 60 illik yubileyi münasibətilə təbrik edirik!
16.03.2022 10:45

Bu günlərdə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 4 saylı Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin kardioloqu, öz peşəsinin mahir bilicisi, səmimi və nəcib insan Xatirə Səfərovanın 60 yaşı tamam olub.

 

Aztibb.az xəbər verir ki, Xatirə Səfərova 1960-cı il mart ayının 5-də Füzuli rayonunda anadan olub. O, ömrünün aşağı-yuxarı 36 ilini Azərbaycan səhiyyəsinə həsr edib. Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.

 

Xalqına bağlı ziyalı, sözün həqiqi mənasında əsl vətəndaş olan Xatirə Səfərova şəxsi keyfiyyətləri, universallığı və ensiklopedikliyi ilə daim seçilib, kollektivin böyük rəğbətini qazanıb.

 

Yüzlərlə xəstəyə şəfa vermiş fədakar həkim Xatirə Səfərovanı Aztibb.az səhiyyə xəbər portalı adından təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayırıq.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?