İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vakansiya elan edir
15.03.2022 15:50
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi iddialar departamentinin Göndərişlər şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
 
Agentlik nə təklif edir:
 
Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera inkişafı imkanları;
Rəqabətədavamlı əmək haqqı.
 
Tələblər:
 
Ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür);
Tibb sahəsində təşkilatı işlər üzrə 1 ildən az olmayaraq ümumi əmək stajı;
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
Ofis proqramları üzrə biliklər;
İxtisası üzrə sertifikatların olması arzu olunandır.
 
Namizədin görəcəyi işlər:
 
Müqaviləli özəl tibb müəssisələrinə müayinə və müalicə üçün göndərişlərin Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək;
Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək;
Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək;
Digər şöbələrdən müraciətlərini araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək;
Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavabı hazırlamaq.
 
Əlavə məlumatlar:
 
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
 
Müraciət qaydası:
 
Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir.
 
 
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib