“Həkimlərimizi tanıyaq!” - Cərrah Namiq Novruzov
15.03.2022 11:28

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizlərə pasiyentləri arasında böyük rəğbət qazanmış, yüksəkixtisaslı cərrah, tibb üzrə fəlsəfə doktoru Namiq Novruzovu təqdim edirik.

 

Namiq Novruzov 1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin II Müalicə profilaktika fakültəsini və 1996-1997-ci illərdə Bakı şəhəri 5 saylı kliniki xəstəxanada cərrahiyyə ixtisası üzrə internaturanı bitirib. Həkim 2003-2007-ci illərdə Moskva şəhərində Rusiya Diplomdansonrakı Tibbi Təhsil Akademiyasında Təcili və təxirəsalınmaz cərrahiyyə kafedrasının aspiranturasında təhsilini başa vuraraq, tibb üzrə fəlsəfə doktoru elmi adını qazanıb.

 

Namiq Novruzov 1998-ci ildə dövlət tibb müəssisəsində ümumi cərrah kimi fəaliyyətə başlayıb. O, 2003-2007-ci illərdə N.V.Sklifosovski adına Moskva şəhər Elmi-Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrah, 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında ümumi cərrah, 2012-2013-cü illərdə isə Türkiyədə Malatya İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda cərrah işləyib. 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında Ümumi cərrahiyyə şöbəsinin rəisi vəzifəsində çalışır.

 

Öz sahəsi üzrə biliklərini daim təkmilləşdirən cərrah Namiq Novruzov Rusiyanın, Türkiyənin və Avropanın müxtəlif aparıcı klinikalarında qarın boşluğu və çanaq üzvlərinin laparoskopik cərrahiyyəsi üzrə ixtisasartırma, 2010-cu ildə Ankara Universitetinin Tibb fakültəsində endoskopiya və ERCP üzrə kursları bitirib.

 

O, dünyanın bir çox ölkələrində elmi konfrans və seminarlarda cərrahiyənin geniş sahələrini əhatə edən müxtəlif mövzularda çıxışlar edir. Hazırda Azərbaycan Tibb Universitetinin doktorantıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır