Adi yerimə COVID-19-dan sonrakı şəkərli diabetdən azad olmaqda kömək edir  
14.03.2022 22:28

Koronavirus bəzi insanlarda qanda şəkərin səviyyəsinin təhlükəli dərəcədə yüksək olduğu şəkərli diabetin inkişafına səbəb ola bilər. Xüsusilə, bu ağırlaşma uzunmüddətli COVID-19-dan əziyyət çəkməyə başlayan insanlara xas olur.

 

Aztibb.az “MedikForum”a istinadla xəbər verir ki, “Məşğələlər və idman elmləri icmalı” (Exercise and Sport Sciences Reviews) jurnalında dərc edilmiş tədqiqat göstərir ki, adi yerimə də daxil olmaqla, fiziki fəallıq COVID-19-dan sonrakı şəkərli diabetin simptomlarından azad olmağa kömək edir.

 

Ekspertlərin sözlərinə görə, bəzi hallarda diabet COVID-19-u yüngül formada keçirən insanlarda inkişaf edir.  İnsan COVID-19-u ağır formada keçirməyə bilər, lakin altı aydan sonra bu insanda diabet inkişaf etməsi mümkündür.

 

“Uzunmüddətli koronavirus insanlarda diabetik ketoatsidozun inkişaf etməyə başladığı səviyyəyə qədər qanda qlükozanın səviyyəsini artırır, bu, 1-ci tip şəkərli diabet olan pasiyentlər arasında yayılan həyat üçün potensial təhlükəli vəziyyətdir”, - deyə Pennington Biotibbi Tədqiqat Mərkəzinin mütəxəssisləri bildirirlər.

 

Diabetin simptomları: güclü susuzluq hissi, tez-tez sidiyə çıxma (xüsusilə gecə), səbəbsiz şiddətli yorğunluq, çəkinin itirilməsi, təkrarlanan kandidoz, bulanıq görmə, uzun müddət sağalmayan kəsiklər və s.

 

“Məşğələlər qanda şəkərin səviyyəsinin artmasına, eləcə də diabetin inkişafına və ağırlaşmasına səbəb olan iltihabı aradan qaldırır. Yerimə də məşğələdir: gündə 30 dəqiqə yerimək lazımdır”, - deyə mütəxəssislər məsləhət görürlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır