Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib
14.03.2022 16:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin iki ayında 2046 nəfər əlilliyi olan şəxsi 8,8 min reabilitasiya vasitəsi ilə təmin edib.

 

Aztibb.az nazirliyin saytına istinadən xəbər verir ki, 2020-ci ilin dekabr ayından etibarən Nazirlik tərəfindən müharibə əlillərinin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlanıb. Cari ilin əvvəlindən də daha 17 müharibə əlilinə həmin protezlər təqdim edilib.

 

Ümumilikdə Vətən müharibəsindən sonra müharibənin 187 iştirakçısı 197, I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi müəyyən olunmuş 69 şəxs isə 74 ədəd yüksək texnologiyalı 4-cü nəsil protezlə təmin olunub.

 

Yanvar-fevral aylarında Agentliyin reabilitasiya müəsisssələrində 3812 nəfərə isə reabilitasiya xidmətləri göstərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır