ATU Avrasiya Universitetlər Birliyinə üzv olmağa dəvət olunub - FOTO
14.03.2022 09:02

Avrasiya Universitetlər Birliyinin sədri, İstanbul Aydın Universitetinin sahibi Mustafa Aydın Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəylinin qonağı olub.

 

Aztibb.az xəbər verir ki, görüşdə professor Gəray Gəraybəyli qonağa universitet haqqında geniş məlumat verib, tədris və təlim prosesindəki yeniliklərdən danışıb: “Universitetimizdə 7000 tələbə təhsil alır, bunlardan 2500-ü xaricilərdir ki, onların da əksəriyyəti qardaş Türkiyə vətəndaşlarıdır. Xarici tələbə sayına görə ölkə universitetləri arasında birinci yerdəyik. ATU-da tədris 3 dildə aparılır, son illər proqramlarımıza ciddi dəyişikliklər edirik. Tələbələrin xarici ölkələrdə rahat rotasiyadan keçə bilməsi, həm də ikili diplomların tətbiqi üçün vacib addımlar atılıb, fizioterapist, tibb bacılığı kimi yeni ixtisaslar açılıb. Tələbə və rezidentlərimiz universitetin 4 klinikasında həm təhsil alır, həm də praktiki bacarıqlar əldə edirlər. Ən müasir tibbi avadanlıqla təchiz olunmuş klinikalarımızda pasiyentlərə yüksək keyfiyyətli xidmət göstərilir, peşəkar həkimlərimiz tərəfindən ən mürəkkəb əməliyyatlar uğurla icra olunur. Bu yaxınlarda universitetimizin tədris proqramları 3 kateqoriya üzrə beynəlxalq akkreditasiyadan keçib”.

 

Rektor qeyd edib ki, ATU indiyədək bir çox Türkiyə universitetləri ilə əməkdaşlıq sazişləri imzalayıb. Bu anlaşmalar çərçivəsində ortaq layihələr, qarşılıqlı səfərlər, ikitərəfli onlayn dərslər təşkil olunub.

 

Professor G.Gəraybəyli 44 günlük Vətən müharibəsi dövründə ATU-nun əməkdaşlıq etdiyi universitetlərdən dəstək bəyanatları aldığını, həmin dövrdə qardaş Türkiyənin bütün imkanları ilə yanımızda olduğunu xatırladaraq, Azərbaycan xalqına verilən bu böyük dəstəyə görə bir daha minnətdarlığını bildirib.

 

İstanbul Aydın Universitetinin (İAU) təsisçisi Mustafa Aydın səmimi sözlər üçün təşəkkür edərək, rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Qeyd edib ki, İAU Türkiyənin ən çox tələbəsi olan, həmçinin azərbaycanlı tələbələrin də ən çox müraciət etdiyi vəqf universitetidir. Hazırda 40 min tələbəsi olan bu ali məktəbdə 400-ə yaxın azərbaycanlı təhsil alır.

 

Mustafa Aydın həm sahibi olduğu universitet, həm də Avrasiya Universitetlər Birliyinin xətti ilə bütün dünyada təhsilin inkişafı, bu sektorda qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər gördüklərini vurğulayıb. Avrasiya Universitetlər Birliyində dünyanın 55-dən çox ölkəsindən 125-dən artıq aktiv universitetin təmsil olunduğunu bildirən M.Aydın, ATU-nu da bu sırada görməkdən məmnun olacaqlarını qeyd edib.

 

Sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb. Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Avrasiya Universitetlər Birliyinin baş katibi Səbinə Hüseynova, İstanbul Aydın Universitetinin Azərbaycandakı təmsilçisi Fərid Şahbazlı iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır