Professor Çingiz Rəhimov rezidentlər üçün mühazirə deyib - FOTO
11.03.2022 16:10

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyəsi Klinikasında (TCK) ATU-nun Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə ənənəvi mühazirələrin növbətisi keçirilib.  Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov mühazirə ilə çıxış edib.

 

Əvvəlcə ATU TCK-nin rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov və universitetin Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxış ediblər. Onlar öz çıxışlarında Ç.Rəhimovun elmi nailiyyətlərindən və ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsi sahəsində bir neçə qabaqcıl metodların ilk dəfə onun tərəfindən tətbiqindən söhbət açıblar. O cümlədən professorun rekonstruktiv kəllə-üz-çənə cərrahiyyəsi sahəsində ən son rəqəmli texnologiyalardan istifadə etməklə səmərəli diaqnostika və müalicə işlərini apardığı barədə rezidentlərə məlumat verilib. Əldə olunan nəticələrin dünyanın ən nüfuzlu elmi-praktiki jurnallarında dərc edildiyi bildirilib.

 

Sonra professor Ç.Rəhimov "Üz-çənə nahiyəsində plastika əməliyyatları" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi plastika cərrahiyyəsi, onun istiqamətləri - rekonstruksiya və estetik əməliyyatlar, yanaqların müalicəsi və əl cərrahiyyəsi ilə bağlı ətraflı məlumat verib. Bu sahədə dünyada, o cümlədən ayrı-ayrı inkişaf etmiş ölkələrdə əldə edilmiş nailiyyətlərdən və metodlardan söhbət açıb. Professor ölkəmizdə üz-çənə cərrahiyyəsi sahəsində qazanılmış təcrübə və özünün tətbiq etdiyi üsullar barədə rezidentləri məlumatlandırıb.

 

İştirakçıların marağına səbəb olmuş məruzədən sonra professor ona ünvanlanan çoxsaylı sualları geniş və əhatəli şəkildə cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır