Mərkəzi Gömrük Hospitalında yeni təcili yardım həkimi fəaliyyətə başlayıb
11.03.2022 15:05

Həkim Leyla Fətullayeva Mərkəzi Gömrük Hospitalının komandasında Təcili Yardım şöbəsinin təcili yardım həkimi kimi fəaliyyətə başlayıb.

 

Aztibb.az xəbər verir ki, Leyla Fətullayeva 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2014-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının  Kliniki bazasında olan Toksikologiya şöbəsində terapevt ixtisası üzrə rezidentura təhsili almışdır.

 

L.Fətullayeva müxtəlif illərdə Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi bir çox mötəbər yarışlarda - Bakı-2015 Avropa Oyunları, 2019 və 2021-ci illərdə Formula-1 Qran Prisi yarışlarında, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalında  həkim və tibbi marşal kimi vəzifələrdə çalışmışdır. O, əmək fəaliyyətinə 2018-ci ildə dövlət tibb müəssisəsində həkim terapevt kimi başlayaraq 2022-ci ilin mart ayına qədər burada fəaliyyət göstərmişdir.

 

Həmçinin 2020-ci ildə COVID-19 pandemiyası ilə mübarizəyə qoşularaq 17 saylı Birləşmiş Şəhər Xəstəxanasında COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərmişdir.  O,  daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, ölkəmizdə və xarici ölkələrdə keçirilən müxtəlif konfranslarda, simpoziumlarda və təkmilləşdirmə kurslarında iştirak edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır