Dövlətimiz şəhid ailələrini, qaziləri hər zaman düşünür və onların qarşılaşdığı problemləri həll edir - PREZİDENTƏ MƏKTUB
11.03.2022 12:51

Ölkəmizdə Vətən müharibəsi əlillərinin reabilitasiya xidmətləri və müasir reabilitasiya vasitələri ilə təminatı işləri aparılır, həmçinin işlə təmin olunmalarına dəstək göstərilir.

 

Həmin qazilərdən biri olan Naftalan şəhərində yaşayan qazimiz Qiyas Tağıyev Prezident İlham Əliyevə məktubunda hər zaman qayğı və diqqətlə əhatə olunduğunu və minnətdarlığını bildirib.

 

Aztibb.az həmin məktubu təqdim edir:

 

"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

 

Sizin qətiyyətli addımlarınız sayəsində Azərbaycanın hərb tarixinə yeni səhifələr yazıldı. Torpaqlarımızın azad olunacağına ümidimizi heç vaxt itirməmişdik. Çünki Sizin rəhbərliyinizlə ölkəmizin iqtisadi baxımdan sürətli inkişafı problemlərin həllinə yol açırdı. Mən hərbçi olaraq, ordumuzun qüdrətlənməsinin, onun maddi-texniki bazasının möhkəmləndirilməsinin canlı şahidiyəm. Bu nailiyyətlərin sonda bizi Qarabağa aparacağına tam qəlbimizlə inanırdıq.

 

Mən bir qazi kimi hər zaman qayğı və diqqətlə əhatə olunmuşam. Mən Vətən müharibəsi zamanı döyüşdə sağ ayağımın bir hissəsini itirmişəm. Dövlət tərəfindən mənə Avropa istehsalı olan son nəsil elektron əlil arabası təqdim olunmuşdur. Bir müddət öncə mən Sizin tapşırığınızla Bakı şəhərində müalicə alıb yüksək texnologiyalı protezlə təmin olunmuşam. Artıq mənim sevincimin həddi-hüdudu yoxdur. Çünki mən Naftalan şəhərində yenicə istifadəyə verilmiş müalicə-sağlamlıq mərkəzində işlə də təmin olunmuşam. Bu, bir daha göstərir ki, dövlətimiz şəhid ailələrini, qaziləri hər zaman düşünür və onların qarşılaşdığı problemləri həll edir.

 

Cənab Prezident, bütün bunlara görə Sizə özümün və ailəmin adından dərin və sonsuz minnətdarlığımı bildirirəm.

 

Uca Tanrı Sizi və ailənizi, millətimizi qorusun". 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır