Vətən müharibəsi qazisinin qızı komadadır - Köməyə ehtiyacı var
10.03.2022 17:07

Vətən müharibəsi iştirakçısı Dilqəm Məmmədovun 8 yaşlı qızı Ayan Məmmədova iki gündür komadadır. Ailənin maddi durumu epilepsiya xəstəliyindən əziyyət çəkən azyaşlını müalicə etdirməyə imkan vermir. 

 

Aztibb.az xəbər verir ki, azyaşlının anası Alagöz Məmmədovanın "Qafqazinfo"ya bildirdiyinə görə, Ayan əvvəllər xəstəliyi yüngül keçirsə də, son iki ildə çox ağırlaşıb.

 

Uşaq hazırda Bakıda Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə alır. Son iki gündür ki, koma vəziyyətindədir: “Ayanda 2 yaşından epilepsiya aşkarlanıb. Əvvəllər ildə 1-2 dəfə tutmalar olurdu, 5 yaşından isə tutmalar davamlı olmağa başladı. Hər 1-2 aydan bir müalicələr alırdıq. Bu il fevralın 23-də kəskin qıcolmalar olduğuna görə qızımı təcili yardımla Bakıya Uşaq Nevroloji Xəstəxanasına gətirdik. Orada müvafiq cihaz olmadığına görə Pediatriya İnstitutuna köçürdülər. 5 gün orada komada qaldı, arada ayılırdı, yenə komaya düşürdü. 6-cı gün bir az huşu özünə gəlsə də, bir müddətdən sonra yenə komaya düşdü. Çağırsaq hay verirdi, amma gözlərini aça bilmirdi. Dünən günortadan yenidən Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb. Hazırda vəziyyəti kritikdir. 

 

Bizim müalicə üçün imkanımız yoxdur. Həkimlərin dediyinə görə, bu xəstəliyin müalicəsi Türkiyədə mümkündür və 70 minə yaxın pul tələb olunur. İmkanlı şəxslərdən xahiş edirik ki, Ayan balamıza yardım etsinlər, onu bu vəziyyətdən çıxaraq”.

 

Qeyd edək ki, Ayanın atası Dilqəm Məmmədov Ağdam rayonundan məcburi köçkündür və hazırda Qax rayonunun Cəlayer kəndində məskunlaşıb. Silahlı Qüvvələrin kapitanı olan D. Məmmədov Vətən müharibəsində iştirak edib, Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında iştirak edib. Hazırda Laçın rayonunda hərbi xidmətdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır