2905 ədəd bioloji aktiv qida maddəsi məhv edilib
10.03.2022 16:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
 
Aztibb.az-ın xəbərinə görə, “West Coast Pharmaceutical Works Ltd” şirkətinin istehsalı olan “Menaxil” əmtəə nişanlı bioloji aktiv qida maddəsinə qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı fiziki şəxs Əlifov Ayaz Əlixan oğlunun Agentliyə müraciəti əsasında məhsuldan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində, məhsul partiyasında qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib. 2905 ədəd bioloji aktiv qida maddəsi “HV Ekoservis” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
 
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır