"Uzunmüddətli COVID" nədir? - ƏLAMƏTLƏRİ
10.03.2022 16:19
COVID-19-a yoluxan bir çox insan bu xəstəliyi çox ciddi keçirtmir və qısa müddətdə sağalır. Lakin ağır xəstə olmayanlarda belə, sağaldıqdan sonra uzunmüddətli problemlər yaşayanların sayı kifayət qədərdir. Buna isə "uzunmüddətli COVID" adı verilmişdir.
 
Aztibb.az xəbər verir ki, bu barədə uzman-terapevt Çinarə Səfərova məlumat paylaşıb. 
 
"Uzunmüddətli COVID"in əlamətləri hansılardır?
 
Böyük Britaniyada səhiyyə işçiləri üçün təlimatda deyilir ki, COVID simptomları, yüngül və ya ağır olmasından asılı olmayaraq infeksiyanın başlamasından 12 həftə sonra belə davam edərsə və başqa səbəb yoxdursa, "uzunmüddətli COVID" diaqnozu qoyula bilər.
 
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) "uzunmüddətli COVID" simptomlarını aşağıdakı kimi sadalayır:
 
-Həddindən artıq yorğunluq;
-Nəfəs darlığı, çarpıntılar, sinə ağrısı və sıxılma;
-Yaddaş və konsentrasiya problemi;
-Əzələ ağrısı;
-Dad və qoxu hiss etməkdə müəyyən dəyişikliklər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub