Martın 10-u Qızıl Aypara Günüdür  
10.03.2022 10:40

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da təsis edilib. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, general-leytenant Əliağa Şıxlinski olub.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti sovet hakimiyyəti illərində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirib.

 

Aztibb.az xəbər verir ki, 1992-ci ildə Xocalı soyqırımından dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq ölkəmizə gələrək nümayəndəliyini yaradıb. Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyətlər həyata keçirməyə başlayıb. 1992-1995-ci illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsi ilə 600-dək Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edərək geri qaytarılıb. İran və Türkiyə Milli Qızıl Aypara Cəmiyyətləri yüz minlərlə qaçqın və məcburi köçkün üçün çadır şəhərcikləri yaradaraq onların gündəlik tələbatlarını ödəyib. 1994-cü ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası ölkəmizdə nümayəndəlik yaradaraq bütün qaçqın və məcburi köçkün şəhərciklərinin idarə və təmin edilməsini öz üzərinə götürüb. Şübhəsiz ki, bu sahədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də böyük rolu olub.

 

1994-cü ilin noyabrında Milli Məclisin qərarına əsasən Milli Qızıl Aypara Cəmiyyəti ölkə ərazisində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına aid olan yeganə rəsmi humanitar qurum kimi tanınıb. Həmin qərardan sonra Milli Qızıl Aypara Cəmiyyəti əvvəlcə 1995-ci il noyabrın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanınaraq həmin ayın 27-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin bərabərhüquqlu üzvü seçilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2008-ci il tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd edilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib