Bioloji aktiv qida maddələrinə nəzarət gücləndiriləcək
09.03.2022 19:17

Bioloji aktiv qida maddələrinə (BAQM) nəzarət daha da gücləndiriləcək. Nəzarət tədbirlərinin artırılması “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsində təsbit olunub. Belə ki, bu məhsulların emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə veriləcək. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida maddələrinin ölkə ərazisində dövriyyəsi isə qadağan olunacaq.

 

Bundan əlavə, yeni qanunvericilikdə BAQM-ın təhlükəsizlik (çirkləndirici, mikrobioloji, baytarlıq preparatlarının qalıq miqdarı) və etiketlənmə tələblərinin yer aldığı sanitar norma və qaydalarının təsdiq edilməsi nəzərdə tutulur.


Aztibb.az Agentliyə istinadla xəbər verir ki, qeydiyyat respublika ərazisində ilk dəfə emal olunacaq bioloji aktiv qida maddələri üçün emal mərhələsində, ölkə ərazisinə ilk dəfə idxal olunacaq BAQM üçün isə idxaldan əvvəl həyata keçiriləcək.

Bioloji aktiv qida maddələrinin respublika ərazisində emal edildiyi qida biznesi obyektlərində emal edilmiş və dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş ilk məhsulun qeydiyyatı mərhələsində həmin obyektlərdə qiymətləndirmə həyata keçiriləcək.


Dövlət qeydiyyatına alınmış bioloji aktiv qida maddələri reyestrə daxil ediləcək. Daxil olunmuş məlumatlar Agentliyin internet saytında yerləşdiriləcək, daimi yenilənəcək və axtarış aparan hər kəs üçün açıq olacaq.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsində bioloji fəallığa malik qida əlavələrinin adı bioloji aktiv qida maddələri ilə əvəzlənib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub