"Azərbaycan dövlətinin müharibə əlillərinə göstərdiyi diqqət və qayğı əvəzsizdir" - Prezidentə məktub
09.03.2022 10:33

Ucar rayonundan olan Vətən müharibəsi əlili Sultanəli Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

 

Aztibb.az məktubu təqdim edir: 

 

"Hörmətli cənab Prezident,

Sizin sayənizdə bu gün Azərbaycan xalqı çox qürurludur. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızı düşməndən azad etdik, neçə illər həsrətini çəkdiyimiz doğma el-obalarımıza qovuşduq. Mən Vətən müharibəsində iştirak etdiyimə və qalib Ordunun əsgəri olduğuma görə ikiqat sevincliyəm. Müharibə zamanı xəsarət alaraq əlil olsam da, doğma torpaqlarımızın azadlığını görmək, dövlət qayğısı ilə əhatə olunmaq mənə böyük təsəlli verir. Yeri gələndə öz-özümə deyirəm ki, Vətən üçün, torpaq üçün şirin canı belə təhlükəyə atmağa dəyərmiş.

 

Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə əlillərinə göstərdiyi diqqət və qayğı əvəzsizdir. Müraciətlərimizə həssaslıqla yanaşılır, problemlərimizin həllinə lazımi kömək göstərilir. Mən üzləşdiyim problemlə əlaqədar Sizə müraciət etmişdim. Müraciətimə diqqətlə yanaşıldı və mənə kömək göstərildi.

 

Cənab Prezident, Azərbaycan xalqının firavan yaşaması üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzu edirəm. Sizin məqsədyönlü fəaliyyətiniz xalqımızın problemlərinin həllinə, xoş güzəranının təmin olunmasına yol açır. Yolunuz hər zaman açıq olsun!".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib