ATU əməkdaşının rəhbərlik etdiyi tədqiqat işi beynəlxalq konqresdə birinci yerə layiq görülüb - FOTO
09.03.2022 09:33

Martın 4-6-da Türkiyənin Adana şəhərində 5-ci Çukurova Qastro-İntestinal Xəstəliklər və Cərrahiyyəsi konqresinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları da təltif olunublar. 

 

Aztibb.az xəbər verir ki, tədbirdə ATU-nun Ümumi cərrahiyyə kafedrasının əməkdaşı, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar cəmiyyətinin sədri, tibb elmləri doktoru Müsviq Həsənov moderator və məruzəçi qismində iştirak edib.

 

Konqresin açılış mərasimində çıxış edən M.Həsənov ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını konfrans iştirakçılarına çatdırıb, həmçinin rəhbərlik etdiyi cəmiyyət adından təşəkkür plaketini təqdim edib. 

 

Konqresdə M.Həsənovun təqdim etdiyi məruzə böyük maraqla qarşılanıb.

 

Sonda konqresdəki çıxışı və aktiv iştirakına görə ATU əməkdaşı xüsusi mükafata layiq görülüb.

 

Həmçinin, tibb elmləri doktoru Müşfiq Həsənlinin rəhbəri olduğu ERCP xəstəlikləri ilə bağlı tədqiqat işi birinci yerə, "Sözel Sunum Birincilik Ödülü"nə layiq görülüb.

 

Qeyd edək ki, Adana şəhərində baş tutan konqresə 5 ölkənin nümayəndə heyəti qatılıb. Azərbaycanda, eyni zamanda dünyanın bir sıra ölkələrində tibb sahəsində müvəffəqiyyətləri, peşəkar müalicə və müayinə metodları ilə seçilən məşhur həkimlərin iştirak etdiyi tədbirdə müasir tibbi proseslər ətrafında müxtəlif fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır