Həkim-cərrah Pərvin Nəcəfquliyeva - "Həkimlərimizi tanıyaq!"
07.03.2022 18:12
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Nərimanov Tibb Mərkəzinin cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində fəaliyyət göstərən Pərvin Nəcəfquliyeva haqqında məlumatları təqdim edir.
Pərvin Nəcəfquliyeva 1980-cı il sentyabrın 6-da Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2003-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş, ümumi cərrah ixtisasına yiyələnmişdir.
İnternatura kursunu M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə ixtisası üzrə keçmişdir. 2004-2006-cı illər ərzində II Cərrahi xəstəliklər kafedrasına kliniki ordinator vəzifəsinə təyin edilmiş, ATU-nun II Cərrahi xəstəliklər kafedrasının M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yerləşən bazasında fəaliyyət göstərmişdir.
2006-2009-cu illər ərzində ATU-nun Elmi Şurasının qərarı ilə II Cərrahi xəstəliklər kafedrasına aspiranturaya daxil olmuş, ATU-nun II Cərrahi xəstəliklər kafedrasının M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yerləşən bazasında fəaliyyət göstərmişdir.
"Əməliyyatdan sonrakı yırtıqların kompleks müalicəsi" mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru adını almışdır. 2 səmərələşdirici təklifin, 29 elmi məqalənin (2-si xarici jurnal məqaləsi), 49 tezisin müəllifidir. İstanbul Universitesi İstanbul Tıp Fakültesi Genel Cerrahi Anabilim Dalında “Laparoskopik Cerrahi” üzrə kurs keçmişdir. 29.09.2011- 19.10.2015-ci illər ATU-nun II Cərrahi xəstəliklər kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2015-ci ildən indiyə qədər II Cərrahi xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır. Çalışdığı bu müddət ərzində bir sıra gənc alimlərin elmi konfranslarında iştirak etmiş, elmi tədqiqatlar aparmış, sertifikatlara layiq görülmüşdür. Bir sıra yerli və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Hazırda Nərimanov Tibb Mərkəzinin cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində fəaliyyət göstərir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

