Nanə yağının faydalı xüsusiyyətləri
06.03.2022 16:14

Nanə yağı bir çox faydalı xüsusiyyətlərə malikdir.

 

Aztibb.az həmin faydalı xüsusiyyətləri təqdim edir:

 

Mədə ağrılarını azaldır: Yeməklərdən əvvəl bir stəkan suya bir damla nanə yağı əlavə edərək içmək, bağırsaq əzələlərini rahatlaşdırır. Köp kimi həzm çətinlyi problemlərini azaldır. Mədə qıcqırması probleminiz olursa, çayınıza bir damla nanə yağı və bir qaşıq bal əlavə edin. Qarın ağrısı üçün isə bir stəkan suya bir damla nanə əlavə edib için, ya da bir parça zeytun yağına bir neçə damla nanə yağı qoyub, qarın bölgəsini masaj etmək tövsiyə edilir.

 

Ağız qoxusunu aradan qaldırır: Nanə bir çox ağız və diş baxımı məhsullarının tərkibində mövcuddur. Dilinizin altına bir damla nanə yağı əlavə edib, sonra bir stəkan su ilə ağızınızı yaxalayaraq qarqara edə bilərsiniz.

 

Baş ağrılarına qarşı müsbət təsir göstərir: Qan dövranını yaxşılaşdıran və əzələləri rahatlaşdıran nanə yağı, gərginlik və miqren tipli baş ağrılarında istifadə edilə bilər. Belə ki, yağı ağrının başlayacağını anladığınızda qicgahlara doğru və saç xətti boyunca masaj edin.

 

Dəridəki qaşıntıları azaldır: Böcək dişləməsi nəticəsində qaşıntı yarandıqda, nanə yağı və lavanda yağı qarışığı istifadə edə bilərsiniz. Həm fərahlıq verir, həm də qaşıntını azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub