Tədris Terapevtik Klinikasında Beynəlxalq Qadınlar Günü qeyd olunub    
05.03.2022 17:41
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
 
Tədbirdə çıxış edən klinikanın direktoru, professor Surxay Musayev xanım əməkdaşları və onların timsalında bütün Azərbaycan qadınlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara cansağlığı və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. 
 
Professor Surxay Musayev hər il dünyada olduğu kimi ölkəmizdə də bu bayramın dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, tarixin bütün dönəmlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstərmişlər:
"Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayırlar. Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, elm, təhsil və mədəni həyatında yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, dövlətçilik ənənələrinə sədaqəti və mərdliyi ilə də seçilirlər. Bunun bariz nümunəsi kimi istər klinikamızın pandemiya klinikası kimi fəaliyyət göstərdiyi dönəmdə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı klinikamızın qadın kollektivinin necə cəsur, ləyaqətlə öz xidmətlərini yerinə yetirdiyini deyə bilərəm. Biz bu gün də həmin qadınlarımızla fəxr edir, onlarla qürur duyuruq".
 
Tədbirdə çıxış edən professor Sahib Musayev və professor Amaliya Əyyubova da bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıblar.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib