“İxtisasını tanıt”  layihəsinin qalibləri mükafatlandırılıb - FOTO
05.03.2022 16:32

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsi “İxtisasını tanıt” mövzusunda layihəni reallaşdırıb. Layihə çərçivəsində iştirakçı tələbələr seçdikləri, təhsil aldıqları ixtisas barədə tanıtım xarakterli məlumat veriblər.

 

20 tələbənin iştirak etdiyi layihə zamanı ictimai səhiyyə, fizioterapiya və tibbi reabilitasiya ixtisasları barədə təqdimatlar keçirilib. İki gün ərzində münsiflər heyətinin üzvləri tələbələrin təqdimatlarını dinləyiblər. Qiymətləndirmə mərhələsindən sonra daha çox müsbət rəy qazanan layihələrin müəllifləri mükafatlandırılıb.

 

Mükafatlandırma mərasimində ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev çıxış edərək bu kimi layihələrin əhəmiyyətini qeyd edib, tələblər üçün stimul yaratdığını bildirib. A.Ağayev gəncləri aktiv olmağa, belə təşəbbüslərə maraq göstərməyə çağırıb.

 

“İxtisasını tanıt” mövzusunda layihədə 3 tələbə qalib elan olunub: II kurs tələbəsi Məltəm Sahratlı (ictimai səhiyyə ixtisası), II kurs tələbəsi Azadə Hüseynova (fizioterapiya və tibbi reabilitasiya) və I kurs tələbəsi Fatimə Şabanova (fizioterapiya və tibbi reabilitasiya). Onlara diplom və təşəkkürnamə təqdim olunub. Digər tələbələr iştirakçı sertifikatları ilə təltif olunublar.  

 

Qeyd edək ki, münsiflər heyətinə İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, Pərvin Əkbərov, ATU-nun tibb təhsili və innovasiya şöbəsinin müdiri Aygün Babayeva, ATU-nun məzunu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referans laboratoriyasının mütəxəssisi Aynur Məmmədli və Tibbi bacılığı ixtisası üzrə müəllim Mədinə Dərya daxildir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır