“Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda keçirilən təlimlər başa çatıb  
05.03.2022 09:16
Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və Türkiyənin Hacettepe Universiteti Bioetika Tədqiqat və Təlim Mərkəzi ilə əməkdaşlıq çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları üçün “Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda keçirilən təlimlər başa çatıb.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, təlim müddəti ərzində Hacettepe Universiteti Bioetika Tədqiqat və Təlim Mərkəzinin rəhbəri Nüket Örnək Bukenin rəhbərliyi ilə Türkiyə Respublikasından gəlmiş mütəxəssisələr tərəfindən 100-dən çox şəxsə tibb sahəsində tədqiqat etikasının mahiyyəti, problemlərin həlli üçün tədqiqatların aparılmasının önəmi barədə məlumat verilib və suallar ətrafında fikir mübadiləsi aparılıb.
 
2-4 mart tarixlərini əhatə edən təlimlərin sonunda iştirakçıların qiymətləndirilməsi aparılıb. Təlim iştirakçılarına sertifikatlar, təlimçilərə isə TƏBİB adından “Təşəkkürnamə”lər təqdim edilib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib