"Həkimlərimizi tanıyaq!" - Nevroloq Yelena Şabakayeva
04.03.2022 23:51
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Uşaq Bərpa Mərkəzinin Tibbi bərpa və müalicə şöbəsinin həkim-nevroloqu Yelena Şabakayeva haqqında məlumatları təqdim edir.
 
Yelena Vladimirovna Şabakayeva 1989-1995-ci illərdə Azərbaycan Dövlət  Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1995-1996-cı ildə 3 nömrəli  Uşaq Xəstəxanasında internatura keçib.
 
O, 2002-ci ildə Tatarıstanın Kazan şəhərinin Dövlət Tibb Akademiyasında "Sinir sisteminin xəstəlikləri olan uşaqların erkən yaşda tibbi reabilitasiyası, Voyta terapiyanın əsasları" üzrə kurslar, 2008-ci ildə Tatarıstanın Kazan şəhəri Dövlət Tibb Akademiyasında "Nevroloji xəstəliklər və Doğum travmaları" üzrə kurslar keçib.
 
Yelena Şabakayeva bir sıra yerli və xarici konfranslarda iştirak edib.
 
Hazırda Uşaq Bərpa Mərkəzinin Tibbi bərpa və müalicə şöbəsində həkim-nevroloq vəzifəsində çalışır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır