Mərdəkan Reabilitasiya Pansionatına mediatur təşkil edilib  
04.03.2022 17:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə media nümayəndələrinin tanışlığı üçün mediatur təşkil edilib.

 

Mediatur zamanı ötən il agentliyin reabilitasiya müəssisələrində 9325 nəfərə reabilitasiya xidmətlərinin göstərildiyi diqqətə çatdırılıb. Bildirilib ki, əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37 faiz çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. 2022-ci ilin ötən dövründə isə əlilliyi olan 2050 şəxsə 8800 reabilitasiya vasitəsi verilib, 3812 nəfərə isə reabilitasiya xidmətləri göstərilib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb. Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd, I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi müəyyən olunmuş hərbçilərdən ibarət 75 qazi 80 ədəd yüksək texnologiyalı protezlə təmin olunub.

 

Bildirilib ki, Mərdəkan Reabilitasiya Pansionatı 2019-cu ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilib. Pansionatda laboratoriya, ultrasəs, elektrokardioqrafiya müayinələri, effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilir, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmət həyata keçirilir. Müəssisədə terapevt, nevropatoloq, kardioloq, endokrinoloq, epidemioloq və d. ibarət həkim personalı çalışır. Reabilitasiya sahəsində müasir metodika və texnologiyalardan istifadə olunmaqla qabaqcıl təcrübələrin öyrənilməsi əsasında müalicə metodları tətbiq edilir.

 

Mərdəkan Reabilitasiya Pansionatının direktoru Səidə Babazadə deyib: “Pansionatda aparılan əsaslı təmirdən sonra bərpa prosedurları üçün hər cür şəraiti yaradılıb. 150 çarpayılıq müəssisədə fizioterapiya, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və psixososial reabilitasiya xidmətləri göstərilir. İl ərzində 3 minə qədər əlilliyi olan şəxs burada müalicə olunur və onların hər birinə qoyulan diaqnoza və əlillik dərəcəsinə görə həkim təyinatı əsasında 14 gün ərzində prosedurlar aparılır. Hazırda müəssisədə müxtəlif əlillik dərəcəsi olan 69 nəfər, o cümlədən birinci Qarabağ müharibəsi və Vətən müharibəsi əlilləri öz müalicəsini davam etdirir”.

 

Media nümayəndələri Pansionatda yaradılan şəraitlə və göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib