Gənc Qan Donorlarının III Ümumrespublika Forumu keçiriləcək
04.03.2022 18:06

Qan Donorları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Qırmızı Ürəklər” (Red Hearts) Fondunun maliyyə yardımı, eyni zamanda Fairmont Baku Otel və Mərkəzi Qan Bankının dəstəyi ilə 5, 6, 7 aprel 2022-ci il tarixlərində respublikada qan donorluğunun inkişafına dəstək məqsədilə III Gənc Qan Donorlarının Ümumrespublika Forumu keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, forumun məqsədi ölkədə qan donorluğunun inkişafına dəstək verilməsi, gələcək nəslin qorunması, eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.

 

Üç gün davam edəcək layihədə, iştirakçı qismində ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 gənc iştirak edəcək.

 

Forumun rəsmi açılış mərasimi 6 aprel 2022-ci il tarixində Fairmont Baku Hoteldə baş tutacaq.

 

Layihədə iştirak etmək istəyən gənclərin aşağıda qeyd olunmuş link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSd1-VlKJBp73wXz_TiQEV2cnFMS5hBbRcuQd_noga_r6FdN0A/viewform

 

Əlavə suallar yaranarsa:

Mob:  (+99455) 4092726,

E-mail: azerbaijanblooddonors@gmail.com  

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib