COVID-19-dan sağalmış pasiyent: “Gömrük Hospitalı həkimlərinin psixoloji baxımdan da böyük dəstəyini hiss etdim”
04.03.2022 11:23

COVID-19 xəstəliyinə yoluxmuş pasiyent Səbinə Səttarova 11-24 yanvar 2022-ci il tarixlərində Mərkəzi Gömrük Hospitalında xəstəliyə qarşı aldığı müalicələrdən, sağlamlığına qovuşması üçün ona göstərilən xidmətlərdən Aztibb.az-a danışıb.

 

“İki dəfə vaksin olunmağıma baxmayaraq, xəstəliyi ağır keçirdim və 6 gün reanimasiyada qaldım”, - deyən pasiyent 13 gün ərzində peşəkar həkimlər sayəsində sağlamlığının bərpa olunduğunu bildirib.

 

O, müalicə aldığı müddət ərzində Hospitalın həkimlərinin yorulmadan, yüksək peşəkarlıqla xidmət göstərdiklərini qeyd edib, tibbi heyətin ona psixoloji baxımdan da böyük dəstək olduğunu vurğulayıb.

 

S.Səttarova burada müalicə alan və sağlamlığına qovuşan bütün pasiyentlərə göstərdikləri qayğıya görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, baş həkim Elman Məmmədov və həkim-infeksionist Mədinə Abdullayeva başda olmaqla bütün tibbi heyətə, o cümlədən Reanimasiya şöbəsinin həkimləri – Tural Sadıqov, Mehdi Əliyev, Rəşad Nəsirli, Könül Həsənov, Təranə Göyüşova, Xəyal Məmmədov, Şahin Mazanov, Sevda Quliyeva, Mirmənsim Məmmədov, eləcə də şöbənin orta və kiçik tibb personalına dərin təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır