“GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçiriləcək
03.03.2022 17:01
11 mart 2022-ci il tarixində saat 11:00-da AMEA-nın Biofizika İnstitutunda “Elm günü”nə həsr olunmuş “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçiriləcək.

 

Tədbir Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin Molekulyar onkologiya laboratoriyası və Biofizika İnstitutunun Molekulyar və hüceyrə onkologiyası laboratoriyasının təşkilatçılığı ilə baş tutacaq.

 

Seminarda GALT (galactose-1-phosphate uridylyltransferase) geninin klinik əhəmiyyətli mutasiyalarının aşkarlanması metodundan danışılacaq. Bu analizin tətbiq ediləcəyi xəstə kontingenti və tibbi müəssisələr göstəriləcək. Eyni zamanda skrininq metod kimi istifadə ediləcək kitin və müvafiq protokolun hazırlanması, o cümlədən  praymerlərin dizaynı, PZR-metod rejiminin seçilməsi, agaroza-gel elektroforez və gözlənilən fraqmentlərin aşkarlanması yolları təqdim olunacaq. Seminarda əlavə olaraq, artıq Milli Onkologiya Mərkəzində müəyyən qrup xəstənin müalicəsində istifadə edilən “Cancer panel”lərindən biri təqdim ediləcək.

 

Seminar hibrid formatda keçiriləcək. Tədbirə bu linkdən istifadə edərək qoşulmaq mümkündür (qeydiyyat: 11 mart saat 10:45).

 

İdentifikator: 426 950 9619

Kod: 8nthY6

 

Tel.: (+994 12) 432 67 14

 

E-mail: florida.r.yahyayeva@mail.ru

 

Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 117 (Biofizika İnstitutu)

 
 
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib