TƏBİB tabeliyindəki xəstəxanalara həkim-mütəxəssis qəbulu elan edir - SİYAHI
04.03.2022 23:46

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən xaricdə təhsil almış) işə qəbulunu elan edib.

 

TƏBİB tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislər anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə doctors@its.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, hər tibb müəssisəsi üzrə ayrı-ayrılıqda müraciət etməlidir.

"Sumqayıt Tibb Mərkəzi" PHŞ Həkim-ümumi cərrah
Həkim-anestezioloq-reanimatoloq
Həkim-kardioloq
Şüa diaqnostikası üzrə həkim (Həkim-rentgenoloq)
Həkim-infeksionist
Həkim-neyrocərrah
Həkim-mama-ginekoloq
"Nərimanov Tibb Mərkəzi" PHŞ Həkim-ümumi cərrah
Həkim-anestezioloq-reanimatoloq
Həkim-radioloq
Həkim-plastik cərrah
"Akademik.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" PHŞ Həkim-travmatoloq-ortoped
Həkim-mama-ginekoloq
Həkim-pediatr
Həkim-uroloq
Həkim-ümumi cərrah
"Xəzər Tibb Mərkəzi" PHŞ Həkim-psixiatr
Həkim-terapevt
Həkim-kardioloq
Həkim-endokrinoloq
Həkim-otorinolarinqoloq
Həkim-anestezioloq-reanimatoloq
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
Mərkəzi Neftçilər Xəstəxanası Həkim-terapevt
Həkim-qastroenteroloq
Həkim-pediatr
Həkim-anestezioloq-reanimatoloq
Həkim-fizioterapevt
Həkim-uroloq
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim

 

Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:

 

  • şəxsiyyətini təsdiq edən sənəd;
  • əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
  • əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
  • xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
  • seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).

 

Sənəd qəbulu martın 7-dək davam edəcək.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib