Həyatımda ilk dəfə idi ki, belə yüksək səviyyədə qulluğun şahidi olurdum – Pasiyent rəyi
03.03.2022 08:56

Yanaşı xəstəliyi olan və koronavirusa yoluxmuş Əfruz Ağayeva Mərkəzi Gömrük Hospitalına ağır vəziyyətdə daxil olub. O, 10 gün müddətində Hospitalda COVID-19 infeksiyası əleyhinə müalicə alıb.

 

Ə.Ağayeva Aztibb-az-a Gömrük Hospitalında aldığı müalicə və sağlamlıq vəziyyəti barədə danışıb.

 

Pasiyent şəkər xəstəsi olduğundan onun səhhətində ağırlaşma müşahidə olunub. O, müalicə aldığı müddətdə qanda şəkər səviyyəsinin daim nəzarətdə saxlanıldığını bildirib.

 

“Həyatımda ilk dəfə idi ki, belə yüksək səviyyədə qulluğun şahidi olurdum”, - deyə bildirən Ə.Ağayeva məhz Mərkəzi Gömrük Hospitalının peşəkar tibb komandası tərəfindən edilən müalicə sayəsində sağaldığını vurğulayıb.

 

O, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədova, infeksionist həkim Mədinə Abdullayevaya və müalicəsində iştirak edən bütün tibb personalına dərin təşəkkürünü bildirib, onlara hər zaman minnətdar olacağını qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır