İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir  
02.03.2022 21:15
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir.
 
Agentlik nə təklif edir?
 
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Real korporativ mühitdə çalışmaq imkanı;
Əmək vərdişlərinin aşılanması;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Seçilmiş könüllüləri növbəti layihəyə cəlb etmək imkanı.
 
Könüllülərin fəaliyyət göstərəcəyi istiqamətlər:
 
İT Help desk;
DevOps;
İnformasiya təhlükəsizliyi;
İT Monitorinq;
NetCore, C# üzrə Back-End proqramlaşdırma;
React və əlaqəli texnologiyalar üzrə Front-End proqramlaşdırma;
SQL proqramlaşdırma (Mysql, PostgreSQL və digər Rdbms baza üzrə);
Məlumat inzibatçılığı üzrə Database Admin;
İT analitika;
UI-UX dizayner.
 
Agentlik üçün uyğun könüllü:
 
Yuxarıda göstərilən istiqamətlər üzrə təhsil alanlar, gələcək karyerasında bu sahə üzrə görənlər və ya yeni məzun olanlar;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
MC Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Ünsiyyət bacarığı;
İntizamlılıq və tez öyrənmə bacarığı;
Komanda şəklində işləmə bacarığı.
 
Əlavə məlumatlar:
 
İş qrafiki: 5 günlük iş həftəsi (natamam iş vaxtı ilə)
Könüllü proqramı layihəsi 3 ayadək nəzərdə tutulub.
 
 Müraciət qaydası:
 
Könüllü proqramı layihəsinə son müraciət tarixi: 01.04.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir[1];
“Mövzü” bölməsində “İT sahəsi üzrə Könüllü Proqramı” qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, uyğun namizədlərlə əlaqə saxlanılacaq.
 
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub