Mərkəzi Gömrük Hospitalının təcrübəli kardioloqu - "Həkimlərimizi tanıyaq!"
02.03.2022 20:58

Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında sizlərə Mərkəzi Gömrük Hospitalının təcrübəli həkimi, pasiyentlərin böyük rəğbətini qazanmış Poliklinika rəisi, kardioloq Tamilla Əliyevanı təqdim edirik.

 

Dr.Tamilla Əliyeva pasiyentlərin müalicəsində və ürək xəstəliklərinin qarşısının alınmasında ən müasir effektiv metodlardan istifadə edir. Eyni zamanda, poliklinikanın düzgün və yüksək səviyyədə idarə edilməsində böyük təcrübəyə malikdir.

 

Tamilla Əliyeva 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 1986-1987-ci illərdə 3 saylı Bakı şəhər xəstəxanasında terapevt ixtisası üzrə internaturanı bitirib.

 

O, 1987-2002-ci illərdə 3 saylı Bakı şəhər poliklinikasında həkim-kardioloq, 2002-2007-ci illərdə Ailə Sağlamlıq Mərkəzində kardioloq və Poliklinika müdiri, 2007-2018-ci illərdə isə İctimai Səhiyyə və İslahatlar Mərkəzində kardioloq və ambulator şöbənin müdiri vəzifələrində çalışıb. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalının kardioloqu, eyni zamanda Poliklinikanın rəisi işləyir.

 

Təcrübəli həkim dünya tibb ədəbiyyatını daim izləyir və  öz işində mütərəqqi müalicə üsullarından istifadə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır