TƏBİB tərəfindən baza təlimlərinə start verilib
02.03.2022 21:00

Bu gündən etibarən TƏBİB tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Türkiyənin Hacettepe Universiteti Bioetika Tədqiqat və Təlim Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda baza təlimlərinə start verilib.

 

Aztibb.az xəbər verir ki, təimlərin keçirilməsində əsas məqsəd respublikamızda tibb sahəsində tədqiqat etikası istiqamətində olan problemləri həll etmək üçün tədqiqatçıları beynəlxalq araşdırma standartları ilə tanış etmək, sahə üzrə mütəxəssislərin bilik və bacarıqlarını təkmilləşdirmək, eləcə də müvafiq təlimat və metodik tövsiyələr verməkdən ibarətdir.


Tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmiraslanov, Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağcı, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, həmçinin ÜST-ün Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak, Hacettepe Universiteti Bioetika Təlim və Tədqiqat Mərkəzinin rəhbəri Nüket Örnək Büken, eləcə də ali təhsil müəssisələrinin və tabeli elmi institutların rəhbər şəxsləri iştirak edib.

 

Tədbiri TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov açaraq son illərdə səhiyyənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, ölkə başçısının səhiyyə sahəsində apardığı məqsədyönlü islahatlardan danışıb. Ölkəmizin həm struktur, həm də keyfiyyət baxımından yeni səhiyyə modelinə keçdiyini deyən V.Qurbanov tibbin inkişafı, müayinə və müalicə metodlarının təkmilləşdirilməsinin məhz keyfiyyətli və beynəlxalq standartlara uyğun elmi-tədqiqatların aparılması nəticəsində meydana gəldiyini bildirib.

 

Daha sonra çıxış edən Nadir Zeynalov, Əhliman Əmiraslanov, Cahid Bağcı, Halil İbrahim Durak və Nüket Örnək Büken təlimlərin məqsədi, tibb sahəsində tədqiqat etikasının mahiyyəti, həmçinin problemlərin həlli üçün birgə tədqiqatların önəmi və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıblar.

 

Məlumat üçün qeyd edək ki, Yeni Klinikada baş tutacaq təlimlər 4 mart tarixinədək davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib