Ailə Sağlamlıq Mərkəzlərində çalışanlar sabit əlavələr alacaqlar
02.03.2022 14:49

“Ailə Sağlamlıq Mərkəzlərində (ASM) çalışanlara bonusların verilməsi nəzərdə tutulmur”.

 

Aztibb.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta haqlarının uçotu şöbəsinin müdiri Səməd Səmədov “Tibb işçilərinin əməkhaqqılarının hesablanma qaydası” mövzusunda çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, ASM-lərdə çalışanlar sabit əlavələr alacaqlar:

 

“ASM-in rəhbərləri, mama-ginekoloqlar, ümumi cərrahlar, travmatoloq, kardioloqların vəzifə maaşına 480 manat sabit əlavə ediləcək".

 

O, deyib ki, səhiyyə işçiləri qeyri-tibb, həkim heyəti, orta və kiçik tibb heyəti olaraq kateqoriyalara bölünüb:

 

“Həkimlərə gördüyü işin nəticəsinə görə əməkhaqqı müəyyən olunmağa başlanılıb. Yəni həkim xidmətlər zərfində nəzərdə tutulan xidmətləri göstərir və ona uyğun da faizlər onların maaşına əlavə edilir. Belə ki, terapevtik-pediatrik ixtisaslar üzrə ambulator xidmətlərin 8 faizi, cərrahi prosedurlar üzrə xidmətlərin 15 faizi, ultrasəs müayinəsində xidmətlərin 8 faizi, rentgen-şüa diaqnostikada 10 faiz bonusların verilməsi nəzərdə tutulub” – o, deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib