Ötən gün Kliniki Tibbi Mərkəzə müxtəlif motosiklet qəzaları nəticəsində 6 yaralı gətirilib
02.03.2022 15:11

"Paytaxt Bakıda motosiklet qəzalarının sayı artıb. Təkcə ötən gün Kliniki Tibbi Mərkəzə müxtəlif motosiklet qəzalarından bir-birinin ardınca 6 yaralı gətirilib".

Mərkəzin Mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, gətirilən yaralılardan 3 nəfərin vəziyyəti nisbətən ağır olduğuna görə xəstəxanaya yerləşdirilib, digər 3 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, bu cür qəzalar demək olar ki, hər gün baş verir: “Gündəlik olaraq bir və ya bir neçə motosiklet qəzasından yaralılar gəlir. Bunların böyük əksəriyyəti qida çatdırılması ilə və ya kuryerliklə məşğul olan sürücülərdir. Ötən gün 5 belə qəza baş verib ki, nəticədə 6 yaralı gətirilib. Onlardan biri hətta piyadanı vurmuşdu və hər ikisi yaralanmışdılar”.

Qeyd edək ki, hər ay motosiklet qəzalarından gələn yaralıların statistikasında artım baş verir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib