Uzman həkim canlı yayımda uşaqlarda qusmanın cərrahi müalicəsindən danışacaq
02.03.2022 14:31

Umzan həkim Vüsal Cəfərov canlı yayımda “Uşaqlarda qusmanın cərrahi müalicəsi” mövzusunda çıxış edəcək.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov  30  mart  2022-ci il  tarixində saat 15.00-da “Uşaqlarda qusmanın cərrahi müalicəsi” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).

 

Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının "Facebook" səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

 

Qeyd edək ki, Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. O, 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır. O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir.

 

O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir.

 

V.Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin üzvüdür.

 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Samux rayonunun ən ucqar kəndlərindən biri olan Burunqovaqda səyyar tibbi aksiya 
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib