Naxçıvan Dövlət Universitetində keçirilən “KimBioPiada” olimpiadası uğurla yekunlaşıb
01.03.2022 13:11

Naxçıvan Dövlət Universitetində Tibb və Təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin tələbələri arasında “KimBiopiada” olimpiadası keçirilib.

 

Universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağında bu cür olimpiadaların və yarışların keçirilməsi artıq ənənəvi hal alıb. Olimpiadalar tələbələrin ixtisaslarına daha sıx bağlanmasına, təcrübi biliklərini möhkəmləndirməyə, onların bu sahədə peşəkarlaşmasına təkan verir.
 
Rektor Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən layihəni yüksək qiymətləndirib. Vurğulayıb ki, ali təhsil ocağında artıq bir neçə ixtisas üzrə keçirilən olimpiadalar öz uğurlu nəticələri ilə yadda qalıb.
 
Sonra Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov layihənin davamlılığı, nəticələri haqqında iştirakçıları məlumatlandırıb. Bildirib ki, 3 turdan ibarət yarışın ilk mərhələsində 8 komanda mübarizə aparıb, 6 komanda yarımfinal mərhələsinə keçmə haqqı qazanıb.
 
Diqqətə çatdırılıb ki, ilk iki turda həm fərdi, həm də komanda oyunları üzrə gərgin mübarizədən sonra “Xarıbülbül”, “Dentists”, “Zirvə” komandaları final turunda qalibiyyət uğrunda biliklərini sınayıb. Bildirilib ki, ümumilikdə 40 tələbənin iştirak etdiyi yarış 3 gün davam edib. Final turunun ilk mərhələsində digər turlarda olduğu kimi iştirakçılar Kimya və Biologiya fənləri üzrə müxtəlif sualları cavablayıb, ikinci mərhələdə isə kimyəvi reaksiya aparıblar.
 
Final turunun son mərhələsində Kimya kafedrasının müəllimi Pərvin Quliyevin nəzarəti ilə hər 3 komanda kimyəvi reaksiyalar üzrə biliklərini sınayıblar.
 
Qeyd edək ki, iştirakçılar bilik, dəqiqlik, təcrübə və komanda işi olmaqla 4 kateqoriyada qiymətləndiriliblər. Yekun nəticədə hər 3 turu lider olaraq başa vuran Təbiətşünaslıq və Kənd təsərrüfatı fakültəsinin “Xarıbülbül” komandası qalib olub. Tibb fakültəsinin “Dentists” komandası II, həmin fakültənin Zirvə komandası isə III yerə layiq görülüb.
 
Daha sonra tədbirdə “Xarıbülbül” komandasının sulfat turşusunun kömürləşməsi, süni qan və rəngli alov reaksiyaları, “Turan” komandasının buqələmun, “Dentist” komandasının fil dişi, “Zirvə” komandasının rəngli duman, “Farmasi” komandasının isə sehrli su reaksiyaları əyani şəkildə nümayiş olunub.
 
Sonda qalib komandaya diplom və kitab, digər komandalara isə diplom təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib