"Fruktoza adi şəkərdən dörd-beş dəfə şirindir” - Həkim-diyetoloq
01.03.2022 10:39

Qənd və şəkər tozundan normadan artıq istifadə edilməsi sağlamlığa zərər vura bilər. Təsadüfi deyil ki, bir çox xəstəliklərin müalicəsi zamanı şəkər qida rasionundan çıxarılır. Şəkərin qlükoza, saxaroza və fruktoza kimi növləri var. Təəssüf ki, bəzən fruktozanı insanlar üçün ən yaxşı şəkər əvəzedicisi olduğuna inananlar olur. Fruktoza qaraciyər hüceyrələri tərəfindən parçalanır.

 

Həkim-diyetoloq Şəfa Yadigarovanın dediyinə görə, fruktoza bədəndən daha gec sorulur: “İlk növbədə, fruktoza diyetik məhsul deyil. Bir çox diyetik şöbə və marketlərdə fruktoza tərkibli qidalarla rastlaşmaq olar. Lakin fruktoza ilə qidalanmaq qətiyyən düzgün deyil. Hətta şəkərli diabetdən əziyyət çəkənlər fruktozadan aşırı dərəcədə istifadə edir və bunun faydalı olduğunu düşünürlər. Bu, çox yanlış fikirdir. Son vaxtlar endokrinoloqlar sübut ediblər ki, fruktoza özü adi şəkərdən dörd-beş dəfə şirindir”.

 

Gün ərzində 40 qramdan çox fruktoza qəbul edəndə mədə-bağırsaq problemləri yarana bilər: “Təəssüf ki, orqanizmin fruktoza həssaslığını çox nadir hallarda yoxlatdıranlar olur. Lakin son illər artıq sübut olunub ki, fruktoza ilə əlaqədar da piylənmə var. O, aşırı şəkildə bədənə daxil olduqda qaraciyərdə toparlanmağa başlayır. Ona görə də bəzi insanlar artıq çəkiyə malik olmasalar da, ciddi sağlamlıq problemləri ilə üzləşməsələr də, onlarda qaraciyər piylənməsi baş verir. Gündəlik rasion 2 min kaloridirsə, onun 400 kalorisini fruktoza təşkil edir”.

 

Həm artıq çəkinin, həm də qanda şəkərin miqdarının tənzimlənməsi üçün şəkərə olan ehtiyacı mövsümi meyvələrlə təmin etmək daha məqsədəuyğundur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub