1 mart - Ümumdünya İmmunitet Günüdür  
01.03.2022 09:35

Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünyanın bütün ölkələrində əhalinin 7-15 faizə qədəri immunitetin zəifliyindən əziyyət çəkir.

 

Hər il martın 1-də Ümumdünya İmmunitet Gününün qeyd edilməsi – bu problemə insanların diqqətini cəlb etmək məqsədilə təsis edilib.

 

İnsanı qoruyan hüceyrələrin təxminən 80 faizi mədə-bağırsaq boşluğunda yerləşir. Həyatda hər gün saysız-hesabsız bakteriyalarla üzləşirik, lakin immun sisteminin sayəsində onlardan qorunaraq xəstəliklərə yoluxmuruq. Bu mənada, immun sistemi orqanizm üçün etibarlı sipər rolu oynayır.

 

Düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən sayılır. Buna nail olmaq üçün qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları üstünlük təşkil etməlidir. Çay içmək də immuniteti artıran vasitələrdən hesab olunur. Yaxşı qidalanma, sağlam yuxu, fiziki aktivlik, tütündən və alkoqoldan imtina, özünün və ətrafdakıların psixikasına qayğıkeş münasibət və əlbəttə ki, gigiyena qaydalarına riayət olunması orqanizmin immunitetini möhkəmləndirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır