Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunan mətbuat konfransı keçirilib
28.02.2022 16:54
“Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunan mətbuat konfransı keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə nadir xəstəliklərlə məşğul olan 4 pasiyent təşkilatının sədri iştirak edib.
Mətbuat konfransında Pasiyent Təşkilatları İttifaqının sədri, eləcə də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov çıxış edərək nadir xəstəliklərin müalicəsində aidiyyəti səhiyyə qurumlarının, həkimlərin və pasiyent təşkilatlarının birgə əməkdaşlığının vacibliyini qeyd edib. O, hemofiliya və digər koaqulopatiyaların müalicəsində əldə olunan nailiyyətlər haqqında məlumat verib. Bunlardan pasiyentlərin məlumat bazasının təkmilləşdirilməsi, hemofiliyanın digər oxşar xəstəliklərlə yanaşı müalicə olunmasının önəmini vurğulayıb.
Sonra TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin əməkdaşı Ceyran Abdullayeva çıxış edərək dövlət tərəfindən səhiyyə sahəsində aparılan islahatlar və pasiyent təşkilatları ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, nadir xəstəlik olan Kistik Fibrozdan əziyyət çəkən pasiyentlərin mülicəsi üçün dərman preparatlarının dövlət hesabına alınmasının nəzərdə tutulduğunu və cari idən icra olunacağını bildirib.
Milli Hematologiya və Trasfuziologiya Mərkəzinin genetiki Dr. Ağarza Ağayev qohum nigahlarında nadir xəstəliklərin yayılma riskinin artması və skrininq haqqında ətraflı məlumat verib.
Daha sonra həmin Mərkəzin Uşaq şöbəsinin müdiri, hematoloq Dr. Sevil Cəlilova təqdimatla çıxış edib. O, bir neçə nadir qan xəstəliklərinin müalicəsinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə yardımı və qayğısı ilə həyata keçirildiyini vurğulayıb.
Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova bu xəstəliyin müalicəsinin keyfiyyətli olmasına nail omaq üçün Ailə Məktəbinin yaradıldığını və Ümumdünya Kistik Fibroz Təşkilatının xətti ilə 2 diaqnostik laboratoriyasının fəaliyyətə başladığını bildirib.
Tədbirdə Spinal Muskular Atrofiyaya (SMA) Qarşı Mübarizə İctimai Birliyinin sədri Səməd Həsənli SMA xəstəliyinin ağırlaşmaları və müalicəsində tətbiq edilən fizioterapiya, eləcə də dərman preparatlarının önəmini qeyd edib.
Yaşama Dəstək İctimai Birliyinin sədri Elgün Hüseynquliyeva isə çıxışında məşğul olduğu ixtiyoz, immun defisit və kəpənək xəstəliyi barədə danışıb. O, kəpək xəstəliyinin ağır gedişatı və tələbatlardan bəhs edərək bu xəstəliklərin ilkin diaqnozu, müayinə və müalicəsi üçün dövlət səviyyəsində Xüsusi Mərkəzin yaradılmalısının zəruriliyini vurğulayıb. E.Hüseynquliyeva bu təcrübənin qardaş Türkiyə Respublikasından əldə etməyin mümkünlüyünü bildirib.
Qeyd edək ki, nadir xəstəliklər xroniki və ciddi ağırlaşmalara səbəb olan xəstəliklərdir. Dünyada minlərlə nadir xəstəlik mövcuddur. Bu günə qədər 7000-ə (yeddi min) yaxın nadir xəstəlik müəyyən edilmişdir, lakin tibbi ədəbiyyatda müntəzəm olaraq yeni xəstəliklər təsvir edilir. Nadir xəstəliklərin sayı həm də müxtəlif kateqoriyaların və patologiyaların təsnifatında istifadən olunan spesifiklik dərəcəsindən asılıdır. İndiyə qədər tibb sahəsində xəstəlik sağlamlıq vəziyyətində unikal simptomlar toplusu şəklindədir və vahid müalicə tələb edən dəyişiklik kimi müəyyən edilir. Simptomlar toplusunun unikallığı tamamilə diaqnostikanın dəqiqlik səviyyəsindən asılıdır.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

