Bu ölkədə uşaqlar üçün koronavirusa qarşı vaksin hazırlanacaq 
09.09.2020 17:54

Rusiyanın N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində hazırlanmış Sputnik V peyvəndinin keyfiyyətinə dair testlər başa çatıb və dərman mülki dövriyyəyə buraxılıb.

 

Aztibb.az "Rossiyskaya Gazeta"ya istinadən xəbər verir ki, bölgələrə peyvənd tədarükünün bu həftə başlanması və kütləvi peyvəndlərin noyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.

 

"Vektor" Dövlət Tədqiqat Mərkəzində yaradılan ikinci rus peyvəndinin isə sınaqlarının xəstəxana mərhələsi uğurla başa çatıb. Təcrübədə 100 nəfər iştirak edib. Bu vaksinlərin hər ikisi də böyüklər üçündür.

 

Ekspertlər təcili olaraq uşaqlar üçün də vaksinin hazırlanmalı olduğunu bildirir.

 

Qamaleya Tədqiqat Mərkəzi də artıq uşaq peyvəndinin ilkin hazırlıq mərhələsi haqda məkumat verib. Bildirilib ki, uşaq peyvəndi həm doza, həm də tətbiq baxımından qənaətbəxş olacaq. Uşaq vaksinlərinin burun damcısı formulunda olduğu ehtimal edilir. Lakin yetkinlərə bu il peyvənd edilsə də, uşaqalara 2020-ci ildən sonra tətbiq ediləcəyi gözlənilir.

 

Uşaqlarda peyvənd sınaqlarına yalnız yetkinlərin bütün mərhələləri uğurla başa çatdıqdan sonra başlanılacaq. Bu, təxminən 9 ay çəkəcək. Belə ki, qeydiyyatdan sonrakı araşdırmalar çərçivəsində könüllülər 3-4 ay ərzində peyvənd ediləcək və daha sonra 6 aylıq bir müşahidə müddəti olacaq. Uşaqlara protokola əsasən vaksin vurulacaq: öncə 14-18 yaş arası olanlara peyvənd vurulacaq. Problem qeydə alnmazsa, 12-14 yaşlı yeniyetmələrə, sonra isə yaşı daha az olanlar peyvənd ediləcək.



ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır