Kəmalə Mahmudova: "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna rayonlardan vaxtından əvvəl doğuş diaqnozu ilə hamilələr də bura müraciət edirlər"
28.02.2022 13:30

"Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" Publik Hüquqi Şəxsdə 29 sentyabr 2021-ci il tarixindən etibarən Təcili yardım şöbəsi fəaliyyət göstərir. Şöbə normal, vaxtından əvvəl, planlı və təcili cərrahi doğuşları, eləcə də preeklampsiya, hipertenziya və vaxtından əvvəl doğuş təhlükəsi ilə patoloji doğuşları qəbul edir.

 

Bu barədə Aztibb.az-a institutun Təcili yardım şöbəsinin müdiri Kəmalə Mahmudova məlumat verib. 

 

Şöbənin iş prinsipindən bəhs edən K.Mahmudova bildirib ki, Təcili yardım şöbəsinə gecə növbəsi zamanı əsasən doğuş fəaliyyəti başlayan, dölyanı mayesi vaxtından əvvəl axan, ciftin vaxtından əvvəl ayrılması ilə qanaxması baş verən hamilələr müraciət edirlər. Belə pasiyentlərə ilkin müayinə və baxış aparılır, lazım olduğu təqdirdə onlar xəstəxananın digər şöbələrinə yönləndirilirlər.

 

Həkimin sözlərinə görə, "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" Publik Hüquqi Şəxs III səviyyəli müəssisə olduğundan rayonlardan vaxtından əvvəl doğuş diaqnozu və III çapıq ilə hamilələr də bura müraciət edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır